Kris Kelmi vəfat etdi

SSRİ və Rusiyanın məşhur musiqiçisi Kris Kelmi yanvarın 1-də 64 yaşında dünyasını dəyişib.

Yenicag.az xəbər verir ki, onun ürəyi dayanıb.

Kris Kelmi (Anatoli Aryeviç Kelmi) “Zamıkaya kruq”, “Noçnoe randevu”, “Ustaloe taksi” kimi mahnıların müəllifidir. O həmçinin “Çəkməli pişik” cizgi filmi üçün də musiqi bəstələyib. Kelmi “Visokosnoe leto” və “Rok-Atelye” qruplarının yaradıcısı, eyni zamanda “Avtoqraf” qrupunun iştirakçısı olub./Report/