!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Kristal Abşeron" vətəndaşları boğaza yığıb: Şirkət sakinlərin həyatını təhlükəyə atır - ETİRAZ

!Reklam – Yazi

“Kristal Abşeron”dan təmirli mənzil almaq da başqa bir problemdir. Təsəvvür edin ki, 100-150 min manata təmirli ev alırsınız. Üstünə 50-100 min manatda əlavə edib, gərək, təmirli evi yenidən təmir edəsiniz”.

Bu sözləri “Kristal Abşeron”dan mənzil alan jurnalist Rövşən Əsədov üzləşdiyi problemlər barədə Yenicag.az-a açıqlamasında deyib.O bildirib ki, sözügedən MTK tikinti normativlərinə uyğun tikinti işləri aparmadığı üçün yaşayış massivində məskunlaşan vətəndaşlar bir sıra problemlərlə üzləşiblər, MTK isə onların bu problemlərini aradan qaldırmaqda maraqlı deyil:

“Kristal Abşeron” MTK-da ən böyük problem binaların keyfiyyətsiz tikilməsidir. Yəni layihələndirilmə düzgün şəkildə aparılmayıb. Özüm “Kristal Abşeron” MTK-nın inşa etdiyi “Qobu Park” yaşayış massivində qalıram. Bu yaşayış massivində bütün infrastruktur “Kristal Abşeron”a məxsusdur. Həmin ərazinin relyefinə əsasən yaşayış massivinin bir hissəsi hündür, digər hissəsi isə aşağı ərazidə yerləşir. Mənim yaşadığım Bina 19 bir qədər hündürdədir. Bina 19-a gələn su çəni daha dayaz yerdə yerləşdirildiyi üçün artıq 3 ildir su problemi ilə üz-üzəyik. Xüsusilə 18, 19, 20, 21 və 22-ci binalarda məlum problem qalmaqdadır. Sözügedən binalarda yaşayan sakinlərin su ilə təmin olunması üçün su hovuzlarından istifadə olunur. Bəzən su hovuzu dolu olsa da, yuxarı mərtəbələrə su qalxmır. “Kristal Abşeron” və “Azərsu” əməkdaşları etiraf edirlər ki, sistem düzgün qurulmayıb.

Bununla yanaşı, “Kristal Abşeron”un tikdiyi binalarda keyfiyyətsiz tikinti materiallarından istifadə olunub. Binaların üz qabığında o qədər keyfiyyətsiz yapışdırıcılardan istifadə olunub ki, 1 ildən sonra üzlük artıq qopmağa başladı. Bu üzlüklər qopub tökülən zaman sakinlərin maşınına müəyyən qədər ziyan da dəyib. Şükür ki, sakinlərdən kiminsə başına düşməyib. Eyni zamanda, bəzi mənzillərin tavanı artıq göyərib. Xüsusən də yuxarı mərtəbələrdə yerləşən mənzillərdə bu vəziyyət çoxdur. Mənzillərarası divarların olduqca nazik olması isə bir evdə danışılan söhbətin digər evdə eşidilməsinə yol açır. Halbuki normativə görə, mənzillər arasında iki divar olmalıdır. “Qobu park” yaşayış massivində yerləşən 8-ci binada isə artıq 35-40 santimetrlik önə doğru əyilmə var. Çünki binanın altından gedən qrunt suları çökmə yaradıb. Hətta Fövqəladə Hallar Nazirliyi tərəfindən yaradılan xüsusi komissiya təxmini iki aylıq bərkitmə işləri gördü ki, bina uçmasın. Çünki bir binada təxminən 100 ailə yaşayır. Bir binanın çökməsi 300 nəfərin xəsarət alması deməkdir və olduqca ciddi məsələdir. Ümumilikdə, bu hal “Kristal Abşeron”a məxsus növbəti nöqsandır.

“Kristal Abşeron”dan təmirli mənzil almaq da başqa bir problemdir. Təsəvvür edin ki, 100-150 min manata təmirli ev alırsınız. Üstünə 50-100 min manatda əlavə edib, gərək, təmirli evi yenidən təmir edəsiniz. Bu kimi halların vətəndaşlarda narazılıq yaratması başadüşüləndir”Mövzu ilə bağlı əmlak eksperti Ramil Qasımzadə isə saytımıza açıqlamasında qeyd edib ki, MTK-ların fəaliyyətinin arzuolunan səviyyədə olmaması təssüf doğurur:

“Təkcə “Kristal Abşeron”un deyil, bir sıra MTK-lara aid kommunal və göstərilən xidmətlərin qiyməti ilə bağlı şikayət xarakterli yazılara sıx rast gəlmək mümkündür. Vahid tənzimləmə mexanizmi olmadığı üçün hər bir MTK istədiyi qiyməti tətbiq edir. Burada əsas məsələ mənzil mülkiyyətçilərindən asılıdır. Mənzil Məcəlləsində qeyd olunur ki, binada 50 faizdən yuxarı yaşayış varsa, bu halda MTK bütün səlahiyyəti binanın mənzil mülkiyyətçilərinə təhvil verməlidir. Təəssüf ki, bu qanuna çox ləng əməl olunur. İndiyə kimi cəmi 300-ə yaxın binanın mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti yaradılıb. Hesab edirəm ki, “Kristal Abşeron”da adıçəkilən cəmiyyət yaradılarsa, bu halda indiki şikayətlərə son qoyula bilər. Ona görə də həmin yaşayış massivində yaşayan sakinlər mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini yaratmalıdırlar. Ümumilikdə, MTK-larda problemlər həddindən artıq çoxdur. Bəzi MTK-ların nöqsanlı tikintisinə görə vətəndaş çıxarış ala bilmir. Yəni həmin binalar hələ də dövlət tərəfindən qeydiyyata alınmayıb. Bir neçə ildən sonra həmin binalarda kommunal işlərin görülməsi üçün xeyli miqdarda vəsait tələb olunacaq”.

Gülşən Şərif

www.yenicag.az

802
Ads
www.veteninfo.com
!Reklam – Arxiv