Kristiano Ronaldo rəsmən “Yuventus”da!

Portuqaliya yığmasının ulduz futbolçusu Kristiano Ronaldo Madrid “Real”ından ayrılıb.

Yenicag.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. Madridlilərin yaydığı məlumata görə, futbolçu “Yuventus”a keçmək üçün ayrılmaq istədiyini rəhbərliyə çatdırıb. Klub rəhbərliyi də onun bu tələbinə qarşı çıxmayıb.

İtaliya çempionu hələlik, bu transferi rəsmi olaraq açıqlamayıb. İtaliya və İspaniya mətbuatı isə sözügedən klubların 105 milyon avroya razılaşdığını yazır.

Qeyd edək ki, 33 yaşlı futbolçu “Real”a 2009-cu ildə İngiltərənin “Mançester Yunayted” klubundan transfer edilmişdi. O, Madrid təmsilçisinin heyətində çıxdığı 438 qarşılaşmada 451 qol vurmaqla bu klubun ən məhsuldar futbolçusu sayılırdı.