Kristiano Ronaldonun Avropaya QAYIDIŞI: Ulduz futbolçu “Qalatasaray”a gəlir?

“Ronaldo təkcə futbolçu deyil, eyni zamanda, bir ulduz kimi, Səudiyyə Ərəsbistanının bir ölkə olaraq imicini göstərən və müsbət təsir edən bir oyunçu kimi “ən-Nəsr”ə transfer olunub”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun Avropa futbol klublarına getmə ehtimalı haqda danışan idman junalisti Kənan Məstəliyev deyib.

Onun sözlərinə görə, Kriştiano Ronaldonun Avropaya qayıtma ehtimalı çox da böyük olmamalıdır:

“Çünki onun “ən-Nəsr” komandasına gedişi böyük bir layihə idi. O, bir komandaya adi futbolçu kimi deyil, həm də Səudiyyə Ərəbistanı dövlətinin reklamı olaraq transfer olunmuşdu. Onun üçün böyük məbləğlər xərclənib və xüsusi şərait yaradıılıb. Ona görə də, ulduz futbolçunun bu komandadan getməsi elə də asan olmayacaq. Ronaldo təkcə futbolçu deyil, eyni zamanda, bir ulduz kimi, Səudiyyə Ərəsbistanının bir ölkə olaraq imicini göstərən və müsbət təsir edən bir oyunçu kimi “ən-Nəsr”ə transfer olunub. Düzdür, futbolçunun öz istəyindən də çox şey asılı ola bilər. O, Çempionlar Liqasında çıxış edəcək komandada oynamaq istəyir. Təkcə “Qalatarasay” deyil, “Bayer Leverkuzen” komandası da onun komandaya gəlməsində maraqlıdır. Əslində, Ronaldo “Real Madrid”, Mançester Siti”, “PSJ” səviyyəsində olmasa da, ən azından ilk onluqda olan komandada oynamaq potensialına malikdir. Məncə, onun buna gücü də var. Biz Ronaldonun nələrə qadir olduğunu bilirik. Düşünürəm ki, o, Avropaya gəlib yenidən gözəl qollar vuraraq, öz adından söz etdirə bilər”.

Mütəxəssis qeyd edib ki, onun Avropaya gəlmək ehtimal 50-50-yə, hətta 51-49 faizədir:

““Qalatasaray”a gəlincə isə komanda Çempionlar Liqasının qrupuna düşdükdən sonra, elə bir heyət qurmalıdır ki, Ronaldo həmin heyətə baxaraq, orada oynamaq istəsin. Düşünürəm ki, Ronaldo da son “akkord”unu normal vurmaq istəyəcək. Yəni elə bir komandada oynamaq istəyəcək ki, ən azından qrup mərhələsindən pley-offa qədər yüksələ bilsin. Ona görə də hələ bu barədə danışmaq tezdir. Fikrimcə, bir qədər sonra bu istiqamətdə dəqiq nəsə demək olacaq”.

İsmayıl Bakuvi

COP29