Krit adası sahillərində zəlzələ olub

Yunanıstanın Krit adası sahillərində 4,5 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri İraklion şəhərindən 93 kilometr cənubda, ocağı isə 15 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Рейтинг@Mail.ru Яндекс.Метрика