!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kseniya Sobçaka hücum olub

!Reklam – Yazi

Rusiya prezidentliyinə namizəd Kseniya Sobçaka Moskvada hücum olub.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Sobçak özü “Twitter” səhifəsində məlumat verib.

Onun sözlərinə görə, naməlum şəxs axşam saatlarında küçənin ortasında ona hücum edərək üzərinə maye töküb və “bu Jirinovsikə görədir” qışqırıb.

İnsident Sobçakın Mixail Qorbaçovun ad gününə həsr olunmuş mərasimindən çıxarkən baş verib.

Hadisəni törədən şəxs saxlanılıb. Məlum olub ki, bu, deputat Aleksey Şapoşnikovun şəxsi köməkçisi Alan Dzutsyevdir.

Xatırladaq ki, seçkiqabağı debat zamanı Kseniya Sobçak onu təhqir edən ​digər namizəd Vladimir Jirinovskinin üzərinə su töküb.

Qeyd edək ki,Rusiyada prezident seçkiləri 18 mart tarixində keçiriləcək.

 

www.yenicag.az

1672
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv