KTMT başçıları Qazaxıstandakı vəziyyətlə bağlı toplanır – TARİX

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlət başçılarının Qazaxıstandakı vəziyyətlə bağlı görüşü keçiriləcək.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri, KTMT-nin hazırkı sədri Nikol Paşinyanın mətbuat xidməti məlumat yayıb.

KTMT dövlət başçılarının onlayn konfransı ilkin olaraq yanvarın 10-na təyin edilib.

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov məlumatı təsdiqləyib.