!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“KTMT daxilində Azərbaycanla bağlı məsələ Ermənistanı həmişə narahat edəcək” – Belaruslu ekspert

!Reklam – Yazi

“KTMT daxilində müxtəlif məsələlərə görə parçalanmalar olan “yamaq təşkilat”dır”.

Bu fikirləri Yenicag.ru-ya açıqlamasında Azərbaycan prezidenti İlham Əliyevin Minskə son səfərini dəyərləndirən Belaruslu politoloq Aleksey Drezmant deyib.

Aleksey Drezmantın sözlərinə görə, bu səfər iki ölkə arasında əməkdaşlığın güclənməsinə təkan verəcək:
“Bu səfərlə bağlı xüsusilə, iqtisadi əlaqələrin güclənməsinə dair gözləntilər böyükdür. Eyni zamanda, bu da aydındır ki, hərbi-texniki sahədə əməkdaşlığa da ciddi diqqət yetirilir.

Ancaq Belarus-Azərbaycan əlaqələrinin Belarus-Ermənistan münasibətlərində gərginlik yaradacağını düşünmürəm. Ümumiyyətlə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilində Azərbaycanla bağlı məsələ Ermənistanı həmişə narahat edəcək. Ancaq blokun digər üzvlərinin maraqları da nəzərə alınmalıdır.

Digər tərəfdən, Dağlıq Qarabağ münaqişəsi ətrafında kompromis əldə olunmasa, Azərbaycanın KTMT-yə üzvlüyü haqqında yalnız fərziyyə formasında fikir yürüdülə bilər. Həmçinin Paşinyan dönəmində Ermənistanın NATO ilə yaxınlaşması şübhəli görünür.

Belarus-Azərbaycan əməkdaşlığının maraqları Minskin KTMT tərkibində üzərinə götürdüyü öhdəliklər fonunda prioritet olacaq. Çünki KTMT daxilində müxtəlif məsələlərə görə parçalanmalar olan “yamaq təşkilat”dır”.

www.yenicag.az

2956
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv