Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) martın 17-20-də Tacikistanın Xatlon vilayətində kollektiv təlimlər keçirir.
Yenicag.az xəbər verir ki, bu barədə KTMT-nin Birləşmiş Qərargahının sözçüsü Vladislav Şeqrikoviç açıqlayıb.
Təlimlər Birləşmiş Qərargah rəisi, general-polkovnik Andrey Serdyukovun komandanlığı altında keçirilir.
Onun sözlərinə görə, tədbir hansısa konkret dövlətə və ya hərbi ittifaqa qarşı yönəlməyib: “Və onun əsas məqsədi kollektiv təhlükəsizlik regionlarında vəziyyətin qiymətləndirilməsində, qoşun hissələrinin formalaşdırılması və yerləşdirilməsi ilə bağlı KTMT nizamnamə orqanlarının təklif və qərar layihələrinin hazırlanmasında dövlətlərin birgə işi prosedurunu təkmilləşdirməkdir”./unikal