!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“KTMT nə gündədirsə, Ermənistan kimi zəif ölkə də onu öz maraqlarına tabe etdirməyə çalışır” – RƏY

!Reklam – Yazi

“KTMT bu günün özündə də konkret situasiyalarda ya qərar verə bilmir, ya da qəbul etdiyi qərarlar ziddiyyətli olur”.

Bu fikirləri Rusiyanın patronajlığı altında fəaliyyət göstərən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) gərəksiz quruma çevrilməsinin səbəblərinə toxunan politoloq Aydın Quliyev Yenicag.az-a açıqlamasında deyib.Onun fikrincə, KTMT-nin effektsiz qurum halına gəlməsinin əsas səbəbi onun üzvləri arasında olan münasibətlərdir:

“İlk növbədə, onu qeyd etmək lazımdır ki, SSRİ-nin dağılmasından sonra yaranan KTMT mövcud olduğu müddət ərzində özünü doğrulda bilməyib. Bunun da əsas səbəbi KTMT üzvlərinin maraqları bir-biri ilə toqquşan dövlətlərdən ibarət olmasıdır.

O baxımdan, təsadüfi deyil ki, Özbəkistan iki dəfə bu quruma daxil olub və sonra oranı tərk edib. Həmçinin Azərbaycan da 1993-cü ildə KTMT-yə qoşuldu, lakin 2001-ci ildə qurumun Nizamnaməsi yenilənəndə onun sıralarında qalmağa ehtiyac görmədi.

KTMT bu günün özündə də konkret situasiyalarda ya qərar verə bilmir, ya da qəbul etdiyi qərarlar ziddiyyətli olur. Məsələn, Ermənistan 44 günlük müharibənin gedişində və ondan sonra KTMT-ni bu proseslərə tərəf qismində cəlb etməyə çox cəhd göstərsə də, bu baş tutmadı.

Lakin Ermənistanın son sərhəd təxribatından sonra İrəvanın müraciətini əsas götürən KTMT bölgədəki vəziyyətə müdaxilə etmək istəyir. Yəni bu iki qərar prinsip etibarilə bir-birindən kəskin fərqlənən yanaşmalardır.

Eynilə Qırğızıstan və Tacikistan arasında səngiməyən sərhəd münaqişəsində də KTMT öz çarəsizliyini nümayiş etdirdi. Baxın KTMT otuz bir ildir bu iki ölkənin sərhədlərinin dəqiqləşdirilməsinə və gərginliyə son qoyulmasına nail ola bilmir.

Biz açıq görürük ki, Ermənistan KTMT-dən çirkin məqsədləri üçün istifadə etməyə davamlı cəhdlər göstərir. Görün KTMT nə gündədirsə, Ermənistan kimi zəif ölkə də onu öz maraqlarına tabe etdirməyə çalışır. KTMT-nin real durumu budur”.

A.Zeynalov

www.yenicag.az

537
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv