KTMT-nin Baş katibi dəyişdi

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi dəyişib.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan təşkilata üzv dövlətlərin İrəvanda keçirilən sammitində deyib.

O bildirib ki, Stanislav Zas KTMT-nin Baş katibi kimi üçillik fəaliyyətini başa vurub: “Bundan sonra baş katibin səlahiyyətlərini Qazaxıstan nümayəndəsi İmanqali Tasmaqambetov icra edəcək”.

Qeyd edək ki, KTMT-yə Rusiya, Ermənistan, Belarus, Tacikistan, Qazaxıstan və Qırğız Respublikası daxildir./Report/