“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxsa, Cənubi Qafqazda qüvvələr nisbəti dəyişə bilər”.
Bu açıqlama ilə KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov çıxış edib.
O əlavə edib ki, əgər yuxarıda qeyd olunan məqam (qüvvələr nisbətinin dəyişməsi – red.) baş tutarsa, regional təhlükəsizlik amillərini proqnozlaşdırmaq kifayət qədər çətin olacaq.
“Ermənistanın KTMT ilə qarşıdurması ehtimalından danışarkən – ümid edirəm ki, bu, fərziyyədən başqa bir şey deyil – tərəflərin resurs bazasını və real imkanlarını nəzərə almaq lazımdır, buna görə də məsələ hazırda son dərəcə aktual kimi təsnif edilə bilməz və ciddi təhlil tələb edir”, – İ.Tasmaqambetov vurğulayıb.
Mənbə: İzvestiya