KTMT-nin Birləşmiş Qərargah rəisi bu gün İrəvana gedəcək

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorov sentyabrın 15-də Ermənistana gedəcək. 

Yenicag.az xəbər verir ki, bu barədə Anatoli Sidorov özü bir qrup rəsmi şəxslə İrəvana gedəcəyini bildirib.

O da qeyd olunub ki, KTMT-nin baş katibi Stanislav Zas gələn həftə Ermənistan-Azərbaycan sərhədinə səfər edəcək./Unikal/