!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“KTMT-nin düşdüyü vəziyyət Rusiyanı narahat edir” – Aleksey Fomenko

!Reklam – Yazi

“Ermənistanın KTMT-dən uzaqlaşaraq, NATO-ya meyllənməsi açıq-aşkar hiss olunur”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Rusiyanın patronajlığı ilə yaradılmış Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) mövcud durumunu dəyərləndirən Belaruslu təhlükəsizlik eksperti Aleksey Fomenko deyib.

Aleksey Fomenkonun sözlərinə görə, KTMT daxilində mövcud olan ciddi problemlər özünü daha qabarıq şəkildə göstərməkdədir:
“KTMT-nin bəzi üzvlərinin mövqeyi bir-birilərindən əsaslı şəkildə fərqlənir. Rusiya KTMT-yə NATO-ya qarşı ağırlıq mərkəzi, Orta Asiya Əfqanıstan və Pakistanda yerləşən ekstremist qrupları çəkindirmək, Ermənistan isə Azərbaycan və Türkiyəyə qarşı dayanmaq vasitəsi kimi baxır.

Ancaq məsələ KTMT üzvləri arasında fikir ayrılıqlarının yaranması ilə məhdudlaşmır. Aydın olur ki, KTMT-yə daxil olan dövlətlər heç də hər zaman bir-birilərinə dəstək vermək imkanında deyillər.

Məsələn, Belarus dəfələrlə bəyan edib ki, Cənubi Qafqaz və Orta Asiyadakı münaqişələrə cəlb olunmaqdan ehtiyatlanır. Ermənistan artıq açıq şəkildə KTMT-dən uzaqlaşaraq, NATO-ya meyllənir.

Hətta Vaşinqton və Parisdə ABŞ hərbçilərinin Ermənistanda yerləşdirilməsinə dair ehtiyatlı müzakirələr də aparılır. Eyni zamanda, Orta Asiya dövlətləri Rusiya və Belarusun qərb sərhədlərində hərbi gərginliyin artmasına əhəmiyyət vermirlər. Bütün bunlar KTMT-nin strateji konsepsiyasına ziddir və Rusiyanı çox narahat edir”.

www.yenicag.az

4533
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv