Noyabrın 23-də İrəvanda ölkə liderlərinin Ermənistana yardımı müzakirə edəcəyi KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının iclasının keçirilməsi planlaşdırılır.
Yenicag.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
“Belarus prezidentinin KTMT-nin baş katibi ilə görüşü baş tutub. Tərəflər təşkilatın səlahiyyətində olan vəziyyəti, o cümlədən KTMT Kollektiv Təhlükəsizlik Şurasının oktyabrın 28-də keçirilmiş növbədənkənar sessiyasının nəticələrini müzakirə ediblər.Stanislav Zas Aleksandr Lukaşenkoya KTMT Kollektiv Təhlükəsizlik Şurasının noyabrın 23-də İrəvanda keçirilməsi planlaşdırılan növbəti sessiyasına hazırlıq prosesi, habelə Kollektiv Təhlükəsizlik Şurasının bir sıra ayrıca göstərişlərinin icrası barədə məlumat verib”, – deyə KİV-də qeyd olunub.