!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

KTMT-nin Qazaxıstan SINAĞI: “Putin NATO-su” özünü necə göstərdi? – REAKSİYA

!Reklam – Yazi

“Fakt budur ki, KTMT üzvü olan bütün ölkələr bu prosesdə iştirak etdilər və nəticə də əldə olundu”.

Bu fikirləri Rusiyanın aparıcı ölkə olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) ilk dəfə istifadə olunduğu Qazaxıstan olaylarında özünü nə dərəcədə doğrultduğunu dəyərləndirən ehtiyatda olan polkovnik Şair Ramaldanov Yenicag.az-a açıqlamasında deyib.

Polkovnikin fikrincə, KTMT Qazaxıstanda vəziyyətin sabitləşdirilməsində mühüm rol oynayıb:

“Doğrudur, Qazaxıstanda vəziyyətin normallaşdırılmasından sonra da KTMT qüvvələrinin bu ölkəyə yeridilməsinin qanunauyğunluğu haqda müzakirələr davam edir.

Lakin bütün məsələlərə nəticə prizmasından yanaşsaq, deyə bilərik ki, KTMT öz işinin öhdəsindən gəldi və Qazaxıstanda vəziyyətin nəzarətə götürülməsində mühüm rol oynadı.

Bilirsiniz, KTMT qüvvələrinin Qazaxıstana göndərilməsindən əvvəl bu təşkilatın üzvü olan ölkələrin məsələyə necə yanaşmaları, oraya əsgər göndərmək istəyib-istəməmələri artıq geridə qalmış mərhələdir. Fakt budur ki, KTMT üzvü olan bütün ölkələr bu prosesdə iştirak etdilər və nəticə də əldə olundu”.

A.Zeynalov

www.yenicag.az

535
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv