KTMT Paşinyanın Ermənistanın üzvlüyünün dayandırılması ilə bağlı bəyanatını ŞƏRH ETDİ

“KTMT Katibliyinə İrəvandan üzvlüyün dayandırılması ilə bağlı bəyanat daxil olmayıb”.

Yenicag.az xəbər verir ki, bu barədə RİA Novosti-yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyindən məlumat verilib.

Bildirilib ki, KTMT Katibliyinə İrəvandan üzvlüyün dayandırılması ilə bağlı bəyanat daxil olmayıb və Ermənistanın baş naziri Nikol Paşinyanın tezisi respublikanın təşkilatın bir sıra tədbirlərində iştirak etməməsi ilə bağlıdır.

“Bu günə qədər KTMT Katibliyinə İrəvandan KTMT-yə üzvlüyün dayandırılması ilə bağlı heç bir bəyanat daxil olmayıb.

İştirakın dondurulması tezisinə gəlincə, görünür, söhbət Ermənistan Respublikasının son vaxtlar Təşkilatın həyata keçirdiyi bir sıra tədbirlərdə iştirak etməməsindən gedir”, – deyə KTMT katibliyindən bildiriblər.

Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan France24 telekanalına müsahibəsində Ermənistanla bağlı kollektiv təhlükəsizlik sazişinin yerinə yetirilmədiyini, İrəvanın KTMT-dəki iştirakını dondurduğunu bildirib.

Xuraman Etibarlı

COP29