KTMT qüvvələri Qazaxıstandan çıxmağa başladı – VİDEO

KTMT sülhməramlılarının tərkibindəki Rusiya desantlarının ilk bölməsi 4 İl-76 təyyarəsi ilə vətənə qayıdıb.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, Almatı aerodromundan havaya qalxan İl-76-lar əlverişsiz hava şəraitinə baxmayaraq “İvonovo-Severni” aerodromuna eniş ediblər./Axar/