Kuba prezidenti Miquel Dias Kanel Bakıya səfər edəcək.
Yenicag.az xəbər verir ki, o, Qoşulmama Hərəkatının 18-ci sammitində iştirak edəcək.
Bakıda keçiriləcək sammit oktyabrın 25-dən 26-dək davam edəcək.
Qeyd edilir ki, Kuba prezidentinin Avropa turu sabah – bazar günü başlayacaq.
Səfər turuna İrlandiya, Belarus və Rusiyaya rəsmi səfərlər daxildir./Report/