Kubada güclü partlayış – Ölənlər var – VİDEO

Kubanın paytaxtı Havananın mərkəzində yerləşən oteldə güclü partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Hadisə nəticəsində 8 nəfərin öldüyü bildirilib. 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Partlayışın nədən qaynaqlandığı açıqlanmır. Araşdırma aparılır.