Kubada baş verən tornado nəticəsində ölənlərin sayı 7-yə çatıb.
Yenicag.az-ın məlumatına görə, 41 yaşlı qadın həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.
Qadın tornado zamanı bir neçə zədə almışdı və iki əməliyyat keçirmişdi. Buna baxmayaraq o, fevralın 14-ü dünyasını dəyişib.
Daha öncə 6 nəfərin öldüyü bildirilirdi.
Xatırladaq ki, yanvarın sonunda Kubanın paytaxtı Havanada qasırğa baş verib, nəticədə 200-ə yaxın insan xəsarət alıb.