Reklam: High Technic
hightechnic

Kubada qəzaya uğramış təyyarənin “qara qutusu” tapıldı

Kubada qəzaya uğramış “Boeing 737” sərnişin təyyarəsinin “qara qutu”larından biri hadisə yerində tapılıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat naziri Adel İskyerdo açıqlama verib. O, həmin qutunun yaxşı vəziyyətdə olduğunu bildirib. Digər qutunun da tezliklə tapılacağı ehtimal olunur.

Qəzanın səbəbi hələ ki, məlum deyil.

Xatırladaq ki, qəzaya uğrayan təyyarədə bütövlükdə 110 nəfər olub. Onlardan cəmi üç nəfər sağ tapılsa da, biri xəstəxanada dünyasını dəyişib. Bununla da ölənlərin sayı 108-ə çatıb. Sağ qalan digər iki nəfərin də vəziyyətinin ağır olduğu bildirilir.

www.yenicag.az

2901