!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kübra Əliyeva: "Evinin ipoteka pulunu ödəyə bilmədiyi üçün... "

!Reklam – Yazi

Əməkdar artist Kübra Əliyevanın mərhum Tünzalə Əliyeva haqda “Tünzalə xalqa müracət edib, evini qutarınca, kaş özünü xilas edərdi” sözləri müzakirələrə səbəb olub. Sosial şəbəkələrdə aktrisanın sözügedən çıxışı paylaşılaraq bəziləri tərəfindən tənqid edilib.

Yenicag.az Yenisabah.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən Kübra Əliyeva tənqidlərə cavab verib. Aktrisa həmkarı haqda işlətdiyi ifadələri ürək ağrısı ilə dediyini bildirib:

“Məni tənqid edənlər çox səhv edir. Çünki bu xəstəlikdən mən də çıxmışam, ona görə həmin sözləri ürək ağrısı ilə dedim. Mən dedim ki, Tünzalə Allahdan azacıq möhlət istəyirdi. Mən açıqlamamda pis heç nə deməmişəm. Demişəm ki, vaxtilə evinin ipoteka pulunu ödəyə bilmədiyi üçün xalqdan yardım istəmişdi, kaş o pulu öz canının sağlığı üçün istəyərdi, pis heç nə deməmişəm. Burada nə var ki? Kaş o, xərçəng xəstəliyinin üstünə vaxtında düşəydi. O vaxt xərçəng Tünzalənin uşaqlığında idi, vaxtında o şişi çıxarsaydı, bitərdi. Onunla eyni vaxtda mən də həmin xəstəliyə tutulmuşdum, mən də həmin əməliyyatı etdirdim. O vaxt mən də kimyaterapiyalar aldım. “Toppuş bacı”ya görə mənim çox ürəyim ağrıyır, nə demişəmsə də ürək ağrısı ilə demişəm. Onun balaca qızı qaldı, hələ Tünzalə səhnədə nələr edəcəkdi… Haqqımda tənqid yazanlar çox səhv edir”.

Aktrisa Tünzalə Əliyevanın həyat eşqi ilə dolu xatırladığını deyib:

“Mən “Toppuş bacı” ilə səhnədə çox görüşməmişəm. O vaxt KVN-də oynayanda iki dəfə bir araya gəlmişik, çünki o ayrı, mən ayrı teatrda çalışmışam. Həmişə demişəm ki, Allah Dilarə Əliyeva və Oqtay Əliyevə can sağlığı versin, onlar “Toppuş”a bacı, qardaş oldular, onlar həmkarıma çox dayaq oldular, sənət aləmində belə bir səmimiyyət görülməyib. Mən o ailəyə buna görə çox təşəkkür edirəm. Amma olmadı… Bəlkə də Allahın yazısı imiş, qisməti bu idi.

Kaş ki, vaxtında evini yox, məhz özünü düşünəydi, heyif… 6 il bundan qabaq idi, dünənki kimi yadımdadır, dedi ki, mən bu dünyadan gedəcəm, qoy balamı evi olsun. Can qızım! 49 yaş nədir ki? Hələ xalq ondan doymamışdı. Hələ çox rollar oynaya bilərdi. Hər obrazına da ürək qoyurdu, bax elə buna görə xalq onu sevirdi. Kiçik obraza belə elə ruh verirdi ki, hamının yaddaşına həkk olunurdu. Danışdıqca tüklərim biz-biz olur, hələ etmək istədiyi çox şey vardı. Qismət beləymiş…

Xəstəliyimi biləndə mən də evimi satdım, Türkiyədə müalicə üçün dünyanın parasını tökdüm. Evimi dəyər-dəyməzinə satıb qardaş ölkəyə qaçdım, teatrdan da çıxdım, məndə iki yerdə xərçəng aşkarlanmışdı. Bunu özüm yaşamışam deyə dedim ki, kaş evini satıb müalicə olunardı. Bunu pis məqsədlə deməmişəm. Mən bunu yaşamasaydım, heç vaxt elə ifadə işlətməzdim”.

www.yenicag.az

468
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv