Doqquz ildir küçə musiqisi ilə məşğul olan Dəyanət Eyyubov daha çox retro mahnılar ifa edir.
Sabit qazancının olmadığını qeyd edən D.Eyyubov ifalarına görə ona əcnəbilərin daha çox pul verdiklərini deyir:
“Ərəblər ən çox 100 dollar pul veriblər”.
Cahangir Cahangirzadə isə 2019-cu ildən küçə musiqiçisi kimi çalışır.
Onun sözlərinə görə, aylıq qazancı 1 000 manata qədər olur:
“Millətimiz çox xeyirxahdır. Elə vaxt olub ki, mənə öz millətimin nümayəndəsi 100 manat pul verib”.
Küçə musiqiçiləri deyirlər ki, işin əziyyətli tərəfi soyuq havalarda da bayırda olduqları üçün tez-tez xəstələnmələridir.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: