ABŞ-da yaşayan Elmer Alverez adlı şəxs küçədə 10 min dollarlıq çek tapıb.
Yenicag.az xəbər verir ki, o, çeki sahibinə qaytarıb.
Çekin sahibi Robert Hoskie isə Elmerin evsiz olduğunu öyrəndikdən sonra ona bu jestinin qarşılığında ev hədiyyə edib.
İş qadını olan Hoski bildirib ki, onun özü də bir zamanlar evsiz olub: “Mənə də həyatımı düzəltmək üçün bir nəfər kömək etmişdi. Mən də o zaman evsiz idim. Elmerin iş sahibi olması üçün ona yardım edəcəm. O, bu qış küçədə qalmayacaq. Artıq onun da evi var”.