Küçədə atılmış körpə tapıldı – YENİLƏNDİ

Şirvanda küçədən yeni doğulmuş körpə tapılıb.

Noyabrın 28-də saat 18.20 radələrində, rayonun Leytenant İbrahimov küçəsi, 18 mənzil 2 ünvanında yerləşən mənzilin qapısından, yun parçaya bükülmüş və sellofan torbaya qoyulmuş halda uşaq aşkar edilib.

Hadisə barədə Şirvan Şəhər Polis Şöbəsinə məlumat verib. Polis əməkdaşları tərəfindən tapılmış uşaq Şirvan doğum evinə təhvil verilib. Həkimlərin rəyinə görə, uşaq təxminən 2-3 gün əvvəl doğulub. Çəkisi 2,4 kiloqram, cinsi qız, təxminən 36 həftəlik hamiləlikdən sonra dünyaya gəlib. O da qeyd edilir ki, uşağın göbəyinin qeyri-peşəkar kəsilməsindən aydın olur ki, körpə tibb müəssisəsində doğulmayıb. Uşağa həkimlər tərəfindən bütün yardımlar edilib. Körpənin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı Şirvan ŞPŞ-də araşdırma aparılır./APA/

***

Noyabrın 28-i Şirvan Şəhər Mərkəzi Xəstəxanasına polis əməkdaşları küçəyə atılmış 8 aylığa uyğun qız uşağı gətiriblər.

Yenicag.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, körpə dərhal xəstəxananın doğum şöbəsinə yerləşdirilib və qidalandırılıb. Hazırda həkimlər uşağın vəziyyətini yaxşı kimi qiymətləndirirlər.

Faktla əlaqədar müvafiq qurumlara məlumat verilib.

 

COP29