Mingəçevirdə küçədə meyiti tapılan kişinin şəxsiyyəti müəyyən edilib.
Yenicag.az “Report”a istinadən xəbər verir ki, şəhərin Aydın Məmmədov küçəsində yerləşən Əşya bazarının qarşısında aşkar edilmiş meyit 1959-cu il təvəllüdlü şəhər sakini Üzeyir Rəhim oğlu Kərimova məxsusdur.
Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində Ü.Kərimovun küçədə insult keçirdiyi, bundan sonra tarazlığı itirərək başı ilə səkiyə çırpıldığı və az sonra keçindiyi müəyyən edilib.