Bakıda naməlum kişi meyiti tapılıb.
Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon ərazisindəki küçələrdən birində şəxsiyyəti bilinməyən, təxminən 45-55 yaşlarında kişi meyiti aşkarlanıb. Bu barədə dərhal hüquq mühafizə orqanlarına məlumat verilib.
Meyin ilkin müayinə zamanı onun qəbul etdiyi narkotikdən zəhərlənərək öldüyü məlum olub.