Özbəkistanda küçədə niqab taxanlar 5 milyon soma (təxm. 750 man.) qədər cərimələnəcək.
Yenicag.az xəbər verir ki, bu barədə müvafiq fərmanı Özbəkistan prezidenti imzalayıb.
Fərmana əsasən, Özbəkistanda küçədə niqab taxanlar indi 5 milyon soma qədər cərimələnəcək.
İndi ictimai yerlərdə üzü örtülü gəzmək olmaz. Şəxsiyyətin müəyyən edilə bilməsi üçün üz açıq olmalıdır.
Buna görə 3 milyon 300 min somdan (təxm. 500 man.) 4 milyon 950 min soma (təxm. 734 man.) qədər cərimə tətbiq edilib.
Hakimiyyət qeyd edib ki, bu, ilk növbədə müsəlman geyimlərinə aiddir.
Xuraman Etibarlı