Küçədə qadına qarşı əxlaqsızlıq edən şəxs döyüldü – VİDEO

Bakıda “Gənclik” metrostansiyası yaxınlığında qadına qarşı əxlaqsız hərəkətə yol verildiyi bildirilir. Qeyd olunub ki, qadın yol ilə gedərkən bir nəfər onun paltarını qaldırıb. O, ətrafdakı insanların sərt reaksiyası ilə üzləşib və döyülüb. Bundan sonra həmin şəxs qaçaraq ərazidən uzaqlaşıb.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətindən Yenicag.az-a, yayılan görüntülərdən məlumatlıdırlar:

“Məsələ ilə bağlı araşdırma aparılır”.