Küçədə salfet satan 14 yaşlı qız itkin düşdü

Bakıda 14 yaşlı qız itkin düşüb.

Yenicag.az xəbər verir ki, hadisə aprelin 22-də Suraxanı rayonunda qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Məryəm Bukavadze İsmayıl qızı yaşadığı Əmircan qəsəbəsi, 2-ci mədən küçəsi ev 8 ünvanından çıxaraq itkin düşüb. Məlumata görə, 14 yaşlı qız küçələrdə salfet satışı ilə məşğul olub.

Hazırda Suraxanı RPİ-nin 31-ci PB-də araşdırma aparılır./Kriminalqafqaz/