Küçədə silah tapıldı – Bakıda

Bakıda küçədə tapança aşkarlanıb.

Yenicag.az xəbər verir ki, hadisə sentyabrın 4-ü gecə saatlarında paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb.

Belə ki, Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşları tərəfindən selofan paketə bükülmüş TT markalı tapança və boş darağı aşkar olunaraq götürülüb.

Araşdırmalar aparılır.