Küçədə yeni doğulmuş körpə tapıldı – Şirvanda

Şirvan şəhərində ikigünlük körpə qız küçəyə atılıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, martın 25-də doğulmuş qız uşağı küçədə tapılıb.

Körpə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə təhvil verilib. Şöbədən verilən məlumata görə, körpənin çəkisi 3 kiloqramdır və səhhəti qənaətbəxşdir. Onun kim tərəfindən atıldığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

COP29