Bakıda küçədən kişi meyiti tapılıb.
Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Küçədən 45-50 yaşlarında kişi meyiti tapılıb.
Araşdırmalar zamanı meyiti tapılan şəxsinb Hacıyev İlahəddin Ayeddin oğlu olması müəyyən edilib. Onun yüksək dozada narkotikin təsirindən öldüyü bildirilir.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.