Bakıda küçədən meyit tapılıb.
Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1960-ci ilə təvəllüdlü Mahmudov Mahir Qurbanəli oğlu olması müəyyən edilib.
Hazırda M.Mahmudovun ölümünün səbəbi araşdırılır.