Bakının Nəsimi rayonunda naməlum kişi meyiti aşkarlanıb.
Yenicag.az xəbər verir ki, H.Seyidzadə küçəsi 4 saylı ünvanın qarşısında 25-30 yaşlı, üzərində heç bir zorakılıq əlamətləri olmayan kişi meyiti tapılıb.
Meyit daxili və xarici müayinə olunması üçün Səhiyyə Nazirliyinin MTE və PAB-nin Nəsimi rayon şöbəsinə təqdim edilib.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.