Küçədən tapılan körpənin SON DURUMU

Səhiyyə Nazirliyi Gəncədə küçədən tapılan körpənin durumu barədə məlumat yayıb.

Nazirlikdən Yenicag.az-a bildirilib ki, körpənin vəziyyəti normaldır.

“Gəncədə vətəndaşların küçədən taparaq Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına gətirdikləri 3-4 günlük olan oğlan uşağının vəziyyəti barədə xəstəxanadan bildirdilər ki, uşaqda fiziki qüsur qeydə alınmayıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir. Hazırda həkimlərin nəzarəti altındadır. Faktla əlaqədar artıq hüquq-mühafizə orqanlarına da məlumat verilib”.

COP29