Meksikanın Quanajuato ştatında kartellər arasındakı silahlı toqquşmalarda 48 nəfər öldürülüb.
Yenicag.az xəbər verir ki, vəhşicəsinə öldürülən insanlar arasında 6 yaşlı uşaq və hamilə qadın da var.
Təkcə ötən həftənin cümə günü Quanajuatoda 22 nəfər öldürülüb. Celaya şəhərində isə öldürülənlərin sayı 8 nəfərə çatıb.
Qeyd edək ki, 2019-cu ildə Meksikada 35 mindən çox insan narkotik kartelləri arasındakı silahlı toqquşmaların qurbanı olub./Redaktor.az/