Küçənin ortasında 9 nəfəri bıçaqladı

Fransanın paytaxtı Parisdə bıçaqla silahlanmış bir şəxs küçədə insanlara hücum edib.

Yenicag.az xəbər verir ki, hadisə nəticəsində azı 1 nəfər ölüb, 8 nəfər isə müxtəlif xəsarətlər alıb. Onlar dərhal xəstəxanaya çatdırılıblar. Amma daha iki nəfərin vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə yerinə gələn polis əməkdaşları cinayətkara atəş açaraq onu öldürüblər.