Türkiyədə dəhşətli qətl hadisəsi baş verib.
Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, Tamer Turan adlı şəxs həyat yoldaşına sataşdığını iddia etdiyi Özgür Dönməz və Yaşar Kösəni silah atəşinə tutub.
Verilən məlumata görə, Yaşar Kösə ağır yaralanıb. Onu tez xəstəxanaya yerləşdirsələr də həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Tamer Turan əvvəllər də bir neçə maddə ilə həbs edilib.