!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Küçəyə atılan 3 azyaşlının anası tapıldı - FOTOLAR

!Reklam – Yazi

Anası tərəfindən tərk edilən və ötən ayın əvvəli nənəsinin çölə atdığı uşaqlarla bağlı yeni xəbər var.

Bu barədə Azərbaycan Uşaqlar birliyinin sədr müavini, uşaq sığınacağının koordinatoru, hüquq müdafiəçisi Vasif Akifli məlumat verib:

“Bu 3 azyaşlı uşaq bir ay bundan qabaq polis tərəfindən, küçədə baxımsız və kimsəsiz şəkildə aşkarlanaraq Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilmişdilər. Həmən gündən uşaqları küçədə sahibsiz atan nənə və ana ilə bağlı axtarışlarımız davam edirdi.

Ağsu rayon Polis Şöbəsi, İcra hakimiyyəti, televiziya və KİV-i ilə birgə apardığımız işin nəticəsi olaraq artıq ana tapılıb sığınacağa gətirildi. 7 ayda bir dəfədə olsun uşaqlarından xəbəri olmayan “ana”nın göz yaşı mənə inandırıcı belə gəlmir!”

Vasif Akifli onu da bildirib ki, artıq nənə və ana ilə bağlı məhkəməyə müraciətlər hazırlanır:

“Layiqli cəzalarını almalı və hamı da görməlidir ki uşaqlar tək deyil….Zəif, gücsüz ola bilərlər , istədiyiniz yerdə ata bilərsiz amma tək deyillər!!!!

Çox acıdı bu səhnələri görmək… Çox ağırdır mütəmadi olaraq bu hadisələrin içində işləmək. Bəzən yaşadığım cəmiyyətdə belə analar, belə ailələr olduğu üçün nifrət edirəm hər şeyə….axı biz Azərbaycanlıyıq…Bizim milli dəyərlərimiz, ailə tərbiyəmiz ,namus kodeksimiz hansı ara bu tip mənfi insanların oyuncağına çevrildi? Niyə bu qədər real müsbət nümunələr olduğu halda belə mənfilər olmalıdır? Kim və necə dayan desin bu gedişata ???”

Qeyd edək ki, ana Xəyalə Kərimova adlı gənc qadının 3 uşağını atıb və başqası ilə qaçdığı söylənilirdi. Qızı qaçdıqdan sonra isə uşaqların nənəsi nəvələrini küçəyə atıb. Uşaqlar tapılan zaman əllərində olan çörək və sənədlər yerləşdirilmiş çantada analarının birgə qaçdığı kişinin də fotosu olub.

Uşaqların ana və atası ayrılıblar.(lent.az)

Yenicag.az

www.yenicag.az

768
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv