Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Külək bu əraziləri qazsız qoydu - FOTOLAR

Fevralın 28-də gecə saatlarında əsən güclü külək qaz təsərrüfatına da fəsadsız ötüşməyib.

Yenicag.az xəbər verir ki, Oğuz rayonunun Bucaq, Calut, Muxas, Bayan kəndlərini qazla təmin edən 159 mm diametrində olan orta təzyiqli qaz xətti aşan irigövdəli ağacın altında qalıb. Nəticədə kəmərə ciddi zərər dəyib. Kəmərin zədələnmiş hissəsinin təmiri ilə bağlı təhlükəsizlik tədbiri olaraq 4 kəndin minə yaxın abonentinin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

Binəqədi rayonu Binəqədi kəndində Ə.Qarayev küçəsində isə vətəndaşa məxsus hasarın aşması nəticəsində 25 mm və 20 mm diametrində olan qaz xətləri qırılıb, bir ədəd qaz sayğacı yararsız hala düşüb.

“Azəriqaz” İstehsalat Birliyinin qəza xidmətinin əməkdaşları hər iki halda fəsadların tezliklə aradan qaldırılmasına çalışır.

www.yenicag.az

258
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100