Külək Mingəçevirdə fəsadlara yol açıb – FOTO

Yağışla müşayiət olunan qısamüddətli külək Mingəçevirdə bir sıra fəsadlara yol açıb.

Yenicag.az xəbər verir ki, küləyin təsirindən şəhərin bir sıra istiqamətlərində bəzi ağaclar və ya ağacların iri budaqları sınaraq avtomobil və piyada yoluna düşüb.

M.P.Vaqif küçəsində gövdəsindən qopan ağac yolu kəsib. M.Maqomayev küçəsində kökü yerdən ayrılan iri çinar piyada və nəqliyyat vasitələrinin hərəkətinə təhlükə yaradıb. Ağac təsərrüfat qurumu tərəfindən ərazidən götürülüb.

Eyni zamanda, bir sıra istiqamətlərdə, o cümlədən Günəşli yaşayış massivi ərazisində elektrik enerjisinin ötürülməsində fasilələr yaranıb./APA/