!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Külək, yağış, şimşək – Hava proqnozu

!Reklam – Yazi

Qarli hava 020212Dekabrın 3-də Bakı və Abşeron yarımadasında güclü şimal-qərb küləyi əsəcək, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, günün birinci yarısında 10 dərəcəyədək, günün ikinci yarısında 6 dərəcəyədək isti olacaq.

Dekabrın 3-də Azərbaycanın rayonlarında arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var, güclü qərb küləyi əsəcək.

Havanın temperaturu aran rayonlarında gecə 4-6, gündüz 6-10, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-4 dərəcə isti olacaq.

www.yenicag.az

460
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv