Fevralın 4-ü saat 16:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi rayonlarda cənub-qərb küləyi əsir.
Belə ki, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Qobustanda 20 m/s, Kəlbəcərdə 18 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s-dək güclənib.