Külli miqdarda aksiz markası olmayan siqaret aşkarlandı

Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları qanunsuz yollarla ölkə ərazisinə gətirilən və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda siqaret aşkar ediblər.

Dövlət Gömrük Komitəsindən Yenicag.az bildirilib ki, daxil olmuş məlumat əsasında Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat ə İstintaq İdarəsinin əməkdaşları Naxçıvan şəhər sakinindən müxtəlif adlarda, ümumilikdə 182 960 ədəd aksiz markası ilə markalanmayan siqaretlər aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.