Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Külli miqdarda narkotik müsadirə olundu

Ötən gün daxili işlər orqanları əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri uğurlu əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Qazax rayonu ərazisində narkotik vasitələrin alqı-satqısında və istifadəsində şübhəli bilinən şəxs saxlanılıb.

Polis Şöbəsində aparılan araşdırmalarla onun Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş Şahmar Həmzəyev olması məlum olub. Baxış zamanı onun üzərindən 5 bükümdə narkotik vasitə olan marixuana aşkar edilərək göütürülüb.

www.yenicag.az

1209
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS