Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Külli miqdarda narkotik vasitə aşkarlandı - Lənkəranda

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən məlumata görə Lənkəran ŞRPŞ əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Digah kənd sakini Fərid Əskərov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq F. Əskərovun yaşadığı evə keçirilən baxış zamanı oradan 3 kiloqram 166 qram narkotik vasitə olan marixuana, 681 qram narkotik vasitə heroin, 1,7 qram tiryək, 2 qram psixatrop maddə hesab edilən metamfetamin və metadon aşkar edilərk götürülüb.

Faktla bağlı Lənkəran ŞRPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

Loading...

www.yenicag.az

1342
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100