Zərdab RPŞ əməkdaşları silsilə əməliyyat tədbirləri keçirərək oğurluq faktının üstünü açıb.
Yenicag.az xəbər verir ki, rayon ərazisindəki evlərin birindən 5840 manat, 1600 ABŞ dolları, 500 rubl və qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş – Xəzəl Bəkirova və Nazlı Mahmudova saxlanılıb.
Daha bir oğurluq hadisəsi Ucarda yaşanıb.
Rayon polisi cari il mart ayının 7-dən may ayının 27-dək olan müddətdə Qarabörk kəndindəki evlərin birindən 2251 manat pul oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Sakit Məmmədovu saxlayıb.
Faktlar araşdırılır.