Kür çayında batdı – 19 yaşlı oğlan

Kür çayının Şəmkir rayonunun Kür qəsəbəsi ərazisindən keçən hissəsində bir nəfərin batması barədə məlumat daxil olub.

Yenicag.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

1999-cu il təvəllüdlü Cabbarov Turan Elşən oğlunun axtarışları başa çatıb. Onun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.​